Ötən gün üzrə kriminal hadisələrin statistikası açıqlanıb - Axtarışda olan 26 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi (DİN) yanvar ayının 12-dən 13-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatı açıqlayıb.

DİN mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, respublika daxili işlər orqanları tərəfindən gün ərzində 108 cinayət faktı qeydə alınıb, onların da 23-ü “isti izlər”lə açılıb.

Bundan başqa, axtarışda olduğuna görə 26 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Məlumata görə, respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.

Ermənistanda hərbçilərə görə aksiyalar - VİDEO - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR