Play Store

"Azərsu" qiymətləndirici axtarır

"Azərsu" qiymətləndirici axtarır
10:47 13 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ “Azərsu” ASC torpaqların qiymətləndirilməsi xidmətlərinin satın alınması məqsədilə kotirovka sorğusu elan edib.
“Report” bu barədə “Azərsu”ya istinadən xəbər verir.
Satınalma “Azərsu” ASC-nin Bakı şəhəri və Abşeron yarımadasında yerləşən yaşayış məntəqələrinin su təchizatı və kanalizasiya sistemlərinin qurulması istiqamətində +105 nömrəli Saray su bölüşdürücü kameranın tikinisi və mövcud xətlərin kameraya birləşdirilməsi layihəsi ilə bağlı su kəmərinin keçdiyi ərazidə və Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində inşa ediləcək Masazır +84 nömrəli su anbarının yerləşdiyi ərazidə tikinti sahəsinə düşən torpaqların qiymətləndirilməsi xidmətlərini əhatə edir.
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Moskva prospekti,67 (“Azərsu” ASC-nin tenderlərin təşkili şöbəsi) ünvanına müraciət edə bilərlər.
İddiaçılar təkliflərini 17 yanvar 2018-ci il saat 15:00-dək təqdim etməlidirlər. Təkliflər “Azərsu” ASC-nin baş ofisində 18 yanvar 2018-ci il saat 15:00-da açılacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azersu-qiymetlendirici-axtarir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR