Play Store

Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı ərazidəki yolun təmiri başa çatdı

Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Birinci-On birinci qəsəbələrarası avtomobil yolunun əsaslı təmiri yekunlaşdırılıb.

Bu barədə Trend-ə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentıliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Onun sözlərinə görə, uzun müddət istismar olunduğu üçün yolun hərəkət hissəsində dağılmış və qabarmış hissələr yarandığından sözügedən yolla hərəkətdə müəyyən problemlər yaşanırdı. Yeni və müasir standartlara cavab verən yolun tikintisi ilə bu problemlər artıq geridə qalıb.

22.6 km uzunluğunda olan Birinci–On birinci qəsəbələrarası avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağı enində yenidən qurulub. Burda hərəkət hissəsinin eni 6 metr olmaqla ümumi yol yatağının eni 10 metr təşkil edir.

Tikinti layihəsi çərçivəsində yol boyu zərurui olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb, qum-çınqıl və optimal-qırmadaş qarışığından ibarət yeni yol əsası inşa olunub. Daha sonra yol 2 qat olmaqla yeni asfalt-beton örtük döşənib. Ümumilikdə asfaltlanma işləri 135 min m2-lik sahəni əhatə edib.

Bundan başqa yenidən qurulan yolun üzərində yerləşən 12 avtomobil körpüsü əsaslı şəkildə təmir edilib, yol boyu 12 ədəd müxtəlif diametrli suötürücü borunun təmiri və tikintisi həyata keçirilib.

Avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yol boyu 904 ədəd siqnal dirəyi, 220 ədəd isə yol nişanı və məlumatverici lövhə qoyulub, yolun üfiqi nişanlanma xətləri çəkilib. Layihənin reallaşdırılması birbaşa olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə həyata keçirilib.

Qeyd edək ki, Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Birinci-On birinci qəsəbələrarası avtomobil yolunun əsaslı təmiri ilə 11 yaşayış məntəqəsinin 18 min əhalisinin gediş-gəlişi xeyli rahatlaşıb, yük və sərnişin daşınması isə asanlaşıb.

Səudiyyə qadınlarına futbol oyunlarına gəlmək - İcazəsi verildi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR