Play Store

“Neftçi” Makedoniya klubu ilə qarşılaşacaq

“Neftçi” Makedoniya klubu ilə qarşılaşacaq
11:52 13 Yanvar 2018
76 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ Bakının “Neftçi” futbol klubunun Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi sonuncu yoxlama oyunundakı rəqibi müəyyənləşib.
“Report” xəbər verir ki, paytaxt klubu yanvarın 30-da Makedoniya təmsilçisi “Sileks” ilə qarşılaşacaq.
Qeyd edək ki, “Neftçi” Antalyadakı hazırlıq prosesi dönəmində yanvarın 22-də Rusiyanın “SKA-Xabarovsk”, 25-də Rumıniyanın “Konkordiya” və Bolqarıstanın “Slaviya”, ayın 27-də isə Rusiyanın “Krılya Sovetov” klubları ilə üz-üzə gələcək. Yanvarın 14-də isə “ağ-qaralar” “Keşlə” ilə qarşılaşacaq. İsmət Qayıbov adına təlim-məşq bazasında baş tutacaq oyun saat 15:00-da start götürəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/neftci-makedoniya-klubu-ile-qarsilasacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR