Play Store

Tanınmış futbolçu iki illik fasilədən sonra karyerasını bərpa edib

Tanınmış futbolçu iki illik fasilədən sonra karyerasını bərpa edib
12:12 13 Yanvar 2018
80 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ ABŞ millisinin sabiq futbolçusu Lendon Donovan iki illik fasilədən sonra karyerasını bərpa edib.
“Report” xəbər verir ki, 36 yaşlı hücumu Meksikanın “Leon” klubu ilə anlaşıb.
Bu, L.Donovanın futbola ikinci dönüşü olub.
2014-cü ildə karyerasını başa vurduğunu açıqlayan forvard 2016-cı ilin sentyabrından “Los-Anceles Qelaksi” ilə qısamüddətli müqavilə bağlayıb və 5 oyunda meydana çıxıb.
Qeyd edək ki, Donovan karyerası ərzində Almaniyanın “Bayer” və “Bavariya”, eləcə də İngiltərənin “Everton” klubun formasını geyinib. O, yığmanın heyətində çıxdığı 157 oyunda 57 qol vurub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/taninmis-futbolcu-iki-illik-fasileden-sonra-karyerasini-berpa-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR