Play Store

Qarabağ erməniləri Sarkisyana qarşı - “Bu ədalətsizlikdir!”

Yanvar ayının 1-dən etibarən həlak olan erməni hərbi qulluqçu və əskərlərin ailələrinə müavinətlərin verilməsi üçün xüsusi fondun büdcəsi işğal altında olan Dağlıq Qarabağda hər işləyən sakinin aylıq gəlirindən 1000 dram vəsait çıxılması hesabına doldurulur.

Yerli sakinlər bildiriblər ki, bu fondun büdcəsinin artırılması ədalətsizlikdir, belə ki, nəzərdə tutulan 1000 dram gəlirlərdən asılı deyil və hər kəsdən bərabər vəsait tutulur.

Məlumata görə, 2018-ci il yanvarın 1-də Azərbaycanın işğal altında olan bölgələrində yaralanan və ya xəsarət alan erməni hərbi qulluqçuların ailələrinə müavinətlərin verilməsi barədə qanun qüvvəyə minib. Bununla da Ermənistan işğal altında olan bölgəni də “1000 dram” proqramına qoşub.

Proqram Ermənistanın hər işləyən sakininin aylıq gəlirindən ölən və ya yaralanan əsgər və hərbi qulluqçuların ailələrinə müaviətlərin ayrılması üçün 1000 dram vəsaitin götürülməsini nəzərdə tutur.

Belə ki, 1000 dram gəlirin icbari tutulması dövlət və ya özəl sektorda işləməsindən asılı olmayaraq bütün işləyən şəxslərə şamil ediləcək. Yalnız minimal gəlir, yəni 55 min dram alan şəxslər istisna təşkil edəcək ki, bunun da əvəzinə onların işə götürənləri hər ay 1000 dram ödəməyə məcbur olacaqlar. Bununla da işğalçı rejimdən xüsusi fondun büdcəsinə hər ay təxminən 700-8000 milyon dram vəsait daxil olacaq.

Məsələ ilə bağlı “Kavkazkiy uzel” nəşri işğal altında olan torpaqlarda erməni sakinlərin fikirlərini öyrənib.

Personal kompüter operatoru işləyən Xankəndi sakini Karine Atanesyan: “Məni narahat edən məsələ budur ki, bir neçə yüz min dram gəliri olan məmur da 1000 dram ödəyəcək. Mən burada sosial ədalətsizlik hiss edirəm”.

Əsgəran rayonunda muzdlu işçi kimi çalışan Lyusiya İsraelyan da qanuna etiraz edib. Onun fikrincə, hər vətəndaşın gəlirini nəzərə almaq və bu gəlirə faiz tətbiq etmək daha düzgün olardı.

Xankəndi sakini Svetlana Petrosyan: “Əlbəttə, mən buna qarşı getməyəcəm, qanun qanundur. Lakin varlı insanlar sıravi vətəndaşlarla müqayisədə bir neçə dəfə daha çox ödəniş etməlidirlər. Bu ədalətsizlikdir”.

http://matbuat.az/news/872655/qadin-ve-usaqlar-zorakiliga-meruz-qalir.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR