Play Store

Bakıda sahibkarlar və menecerlər üçün treninq keçirilib

Bakıda sahibkarlar və menecerlər üçün treninq keçirilib
13:42 13 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Bakıda aqrar sahədə fəaliyyət göstərən sahibkarlar və menecerlər üçün treninq keçirilib. Bu barədə “Report”a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, “Gənclər və e-Hökumət”, “Kənd təsərrüfatında layihələrin idarə edilməsi və maliyyələşdirilməsi” mövzularını əhatə edən treninqdə iştirakçılara elektron xidmətlər və onların şəffaflığın artırılması üçün yaratdığı əlverişli imkanlar, layihə təkliflərinin hazırlanması, layihənin həyata keçirilməsi üçün müvafiq strukturların yaradılması, layihənin maliyyələşdirmə mexanizmi və s. barədə ətraflı məlumat verilib.
Treninqdə mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR