Play Store

Gur və sıx saçlar üçün - MÖCÜZƏVİ YAĞ MASKASI

Saçların gur və sıx olması demək olar ən çox soruşulan suallardan biridir. Yazdığım bu resept çox adama tanış olsa da? xatırlamaqda problem olmaz.

Axşam yatmazdan əvvəl saç diblərini gənəgərçək yağı ilə massaj edin. Çalışın yağ bütün saç diblərinə dəysin. Sonra saçlarınızı yağa tam batıraraq başınızı bağlayıb səhərə qədər yatın. Bunu həftədə 2 dəfə edin, hardasa 10 dəfə. Təsiri mükəmməldir. Saç diblərinə vuranda qulaq çöpü ilə kirpiklərinizə və qaşlarınıza da vurun. Kirpiklərin uzanmasına, qaşların sıxlaşmasına səbəb olacaqdır.

Başqa faydaları

Saç tökülməsinin qarşısını alır, təzə tökülən saçların bərpasına səbəb olur, kəpək əleyhinə təsiri var, saç dibindəki səpgiləri və qaşınmanı götürür.

Əgər üzünüzdə sızanaq varsa, üzə də vura bilərsiniz.

Daban və qarın çatları varsa, həmin nahiyyələrədə gənəgərçək yağını vura bilərsiniz.

Gənəgərçək yağının həm də ağrıkəsici təsiri vardır. Oynaq ağrılarında oynaqları bu yağla massaj edə bilərsiniz.

Gənəgərçək yağını səhərlər ac qarnına 1 çay qaşığı içmək qəbizliyin qarşısını alır. (Fizulihuseynov.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR