15 iyulda Ərdoğanı xilas edən FETÖ-çü pilotu: “Qaldığım yerdən davam edəcəm”

15 iyulda Ərdoğanı xilas edən FETÖ-çü pilotu: “Qaldığım yerdən davam edəcəm”
15:13 13 Yanvar 2018
193 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə 15 iyul 2016-cı il hökumət çevrilişinə cəhd zamanı prezident Rəcəb Tayyib Ərdoğanı Marmaris şəhərindən “Dalaman” hava limanına aparan helikopterin pilotu, polis Tayyib Sina Doğan yenidən vəzifəsinə geri qaytarılıb.

Publika.az xəbər verir ki, onun telefonunda FETÖ terror təşkilatının istifadə etdiyi “ByLock” proqramı tapılmış və bu səbəbdən həbs edilmişdi. 7 dekabr 2017-ci ildə isə təxliyə olunmuşdu.

O, dünən elan edilən qərara əsasən, 1823 işçi ilə birlikdə vəzifəsinə geri qaytarılıb. Pilot mediaya verdiyi açıqlamada xəbərə çox sevindiyini deyib: “Sıxıntılı günlərdən sonra sevincdən yata bilmədim. Dostlarım məni təbrik etdi. Ədalət öz yerini tapdı. İndi qaldığım yerdən davam edəcəm”.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan 15 iyul gecəsi ailəsi ilə birlikdə Marmaris şəhərindəki “Grand Yazıcı” hotelində olub. Hökumət çevrilişi xəbəri yayıldığı zaman isə prezident helikopteri ilə “Dalaman” hava limanına gedərək İstanbula uçmuşdu.

Zümrüd

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR