"Qəbələ"nin futbolçusu klubdan ayrı düşdü

"Qəbələ"nin futbolçusu klubdan ayrı düşdü
18:18 13 Yanvar 2018
92 İdman
Ölkə mətbuatı
A- A+

Uzun müddətdir zədə üzündən komandadan ayrı düşən "Qəbələ"nin futbolçusu Dion Malone “Qəbələ TV”yə müsahibə verib.

Publika.az xəbər verir ki, hollandiyalı futbolçu Antalyada olsa da, kollektivdən ayrı bərpa prosesi keçdiyini deyib.

Malone müsahibəsində bildirib ki, gündəlik fərdi məşqlərlə kifayətlənir və yanvarın 22-dən komanda ilə birgə çalışacağına ümid edir.

"8 həftə əvvəl "Neftçi" ilə oyunda zədələndim. Zədədən sonrakı ilk ayda istirahət etdim. Sonra bərpa olunmaq üçün məşqlərə başladım. İndi təlim-məşq toplanışındayıq. Fiziki hazırlıq üzrə məşqçi ilə gərgin çalışıram. Bu gün ilk dəfə meydanda məşqlərə başlayacam. Amma komanda ilə yox, fərdi şəkildə. Ümid edirəm ki, 21-22 yanvarda məşqlərdə komandaya qoşulacam. Və ilk oyundan öncə tam hazır vəziyyətə gələcəm" - deyə o bildirib.

Zümrüd

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR