Aygün küsülü olduğu Brilliant, Zülfiyyə ilə bir arada - BARIŞIQ OLDU

Aygün küsülü olduğu Brilliant, Zülfiyyə ilə bir arada - BARIŞIQ OLDU
21:54 13 Yanvar 2018
144 Digər
Ölkə mətbuatı
A- A+

Uzun illərdir küsülü olan xalq artistləri Aygün Kazımova, Brilliant DadaşovaZülfiyyə Xanbabayeva Türkiyənin tanınmış müğənnisi Ajda Pekkanın Heydər Əliyev Sarayında keçirilən solo konsertində bir araya gəliblər. Lent.az-ın məlumatına görə, konsert zamanı A.Kazımova Z.Xanbabayeva ilə barışıb və onların bir-biri ilə xoş münasibəti diqqətdən qaçmayıb.

 

Z.Xanbabayeva fotoqrafların onları çəkdiyini görərək, "Kim üçümüzü birlikdə çəksə, hədiyyə verəcəyəm. Çox maraqlıdır", sözlərini əlavə edib.

 

Onun sözlərini isə A.Kazımova gülüşlə qarşılayıb.

 

Qeyd edək ki, A.Kazımova Z.Xanbabayeva ilə illərdi küsülü idi.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR