Sumqayıtda zolağın üzərində piyadanı maşın vurub, sürücü qaçıb

Sumqayıtda zolağın üzərində piyadanı maşın vurub, sürücü qaçıb
21:57 13 Yanvar 2018
164 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıt. 13 yanvar. REPORT.AZ/ Sumqayıtda piyada vurulması ilə nəticələnən yol qəzası olub.
"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin mərkəzi küçələrindən birində baş verib.
Belə ki, Sumqayıt şəhər sakini 1969-cu il təvəllüdlü Nizami Şahmərdan Oğlu İmanov piyadalar üçün nəzərdə tutulmuş zolaqla yolu keçmək istəyərkən, qarşı tərəfdən gələn naməlum avtomobil tərəfindın vurulub. Hadisədən sonra sürücü qaçıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, xəstə ağır kəllə-beyin travması alıb və sağ qolu sınıb.
Faktla bağlı araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR