Play Store

Ajda Pekkan Bakı konsertində Aygün Kazımovanın mahnısını oxudu - VİDEO

Ajda Pekkan Bakı konsertində Aygün Kazımovanın mahnısını oxudu - VİDEO
23:03 13 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, türk pop musiqisinin kraliçası Ajda Pekkan “Nargis” jurnalının 5 illiyi münasibətilə hazırda Heydər Əliyev adına Sarayda konsert proqramı ilə çıxış edir.

Publika.az xəbər verir ki, sənətçi qonaqları azərbaycanlı dilində “Xoş gəlmisiniz” sözləriylə salamlayıb:

“Əziz azərbaycanlı dostlarım, bu gözəl anları mənimlə bölüşdüyünüz üçün çox xoşbəxtəm. Konsertimə gəldiyiniz üçün təşəkkür edirəm. Sizinlə tanış olduqca sizi daha yaxından tanımaq istəyirəm, dilinizi və könlünüzü çox sevirəm. Onsuz da bizdən uzaq deyilsiniz”.

Ajda Pekkan konsertdə öz hitləri ilə yanaşı, Xalq artisti Aygün Kazımovanın “Yenə tək” mahnısını ifa edib. Canlı əfsanənin bu jesti tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/227633.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR