ABŞ-da göldə buz bağlamış alliqatorların donu açılmağa başlayıb

ABŞ-da göldə buz bağlamış alliqatorların donu açılmağa başlayıb
01:02 14 Yanvar 2018
445 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ ABŞ-ın Şimali Karolina ştatında yerləşən göldə buz bağlamış alliqatorların donu açılmağa başlayıb və onlardan bəziləri artıq suyun üzünə çıxıblar.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, Corc Hovard qoruğu rəhbərinin sözlərinə görə, sürünənlər bədən temperaturunun nizamlaya və maddələr mübadiləsini yubandıraraq mühit şərtlərinə uyğunlaşa bilirlər.
Hava normallaşdıqca, heyvanlar da öz adi həyat tərzlərinə qayıdırdar.
Ekspertlərin sözlərinə görə, alliqatorlar instinktiv olaraq gölün nə zaman donmalı olduğunu bilirlər, onlar burunlarını suyun altından bayıra çıxarırlar və onun havada qalan hissəsinin buz bağlamasına şərait yaradırlar.
Timsahlar bu şəkildə havaların istiləşməsini gözləyirlər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR