Play Store

Çobanlarla fermerlər arasında KÜTLƏVİ DAVA: 105 nəfər öldü - FOTOLAR

Çobanlarla fermerlər arasında KÜTLƏVİ DAVA: 105 nəfər öldü - FOTOLAR
01:03 14 Yanvar 2018
277 Dünya
Ölkə mətbuatı
A- A+

100 mindən çox əhalisi olan qəbilələr arasında tez-tez yaranan mübahisələr bu dəfə çoxsaylı insanların ölümü ilə nəticələnib.

Publika.az xəbər verir ki, Nigeriyada fermer və çobanlar arasında otlaqlar üstündə baş verən qarşıdurmalarda 105-dən çox insan ölüb.

Nigeriya Fövqəladə Vəziyyət Agentliyindən verilən məlumata görə, Benue, Taraba, Nasarava əyalətlərindəki qarşıdurmalar səbəbindən həmin ərazilərdə təhlükəsizlik tədbirləri artırılıb.

Çoxsaylı qarşudurmalar səbəbindən insanlar öz evlərini tərk etmək məcburiyyətində qalıblar. Evlərini tərk edənlərin sayı 12 min nəfərə çatıb.

Könül Cəfərli


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR