Albaniyada partlayış: yaralılar var

Albaniyada partlayış: yaralılar var
03:53 14 Yanvar 2018
124 Dünya
Ölkə mətbuatı
A- A+

Albaniyanın Şkoder şəhərinin mərkəzində partlayış baş verib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, partlayış nəticəsində 3-ü ağır olmaqla, 8 nəfər yaralanıb.

Məlumata əsasən, partlayıcı qurğu günorta saatlarında şəhərin mərkəzində işə salınıb. Alban polisinin versiyasına görə, partlayıcı qurğu yerli biznesmen Lyulzim Kulanı öldürmək üçün quraşdırılıb.

Alban polisi Şkoderə gələn və gedən avtomobillərə baxış keçirir və araşdırmalara başlayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR