Play Store

"Muğam Dünyası"nın könüllüləri 20 Yanvar şəhidlərini yad etdi - FOTOLAR

"Muğam Dünyası"nın könüllüləri 20 Yanvar şəhidlərini yad etdi - FOTOLAR
04:58 14 Yanvar 2018
124 Digər
Ölkə mətbuatı
A- A+

Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyin nəzdində “Muğam Dünyası” klubunun könüllüləri 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçiriblər.

Publika.az xəbər verir ki, tədbirdə “Muğam Dünyası” klubunun sədri Nicat Müslümov 20 Yanvar faciəsi barədə geniş məlumat verib. Tariximizin qanlı səhifələrinə adlarını yazmış şəhidlərimizin məzarları ziyarət edilib, gül dəstələri qoyulub.

Bu tarix xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

Bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədilib. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola, milli qürurumuzu qıra bilmədi. Xalqın başına gətirilən bu cinayət sovet imperiyasının iç üzünü bariz şəkildə ortaya qoydu. Əslində imperiyanın Bakıda bu qanlı hadisəni törətməklə ittifaqa üzv olan digər respublikalara göz dağı vermək planı, imperiyanı zor gücünə mühafizə etmək təşəbbüsü də boşa çıxmış oldu.

Şəhidlər xiyabanı azadlığımız, müstəqilliyimiz və milli iradəmizin simvolu kimi gələcək nəsillər üçün də bir qürur mənbəyi olacaq.

Könül Cəfərli


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR