"Fənərbağça"nın oyununda dava düşdü - FOTO

"Fənərbağça"nın oyununda dava düşdü - FOTO
05:58 14 Yanvar 2018
174 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin "Fənərbağça" komandasının Antalyadakı təlim-məşq toplanışı çərçivəsində Albaniyanın "Kukesi" klubu ilə keçirdiyi yoxlama matçında qalmaqal baş verib.

İnsident oyunun sonlarında yaşanıb. İlk yarıda "Kukesi" 2 qol vursa da, "Fənər" fasilədən sonra penaltidən vurduğu 2 qolla bərabərliyə nail olub. 48-ci dəqiqədə Juliano, 90-cı dəqiqədə Fernandao fərqlənib. Məhz ikinci penalti epizodunda iki komandanın oyunçuları arasında gərginlik yaranıb. Qarşıdurmaya texniki heyət üzvləri də qoşulub. İstanbul komandasının qapıçısı Volkan Dəmirəli çətinliklə sakitləşdirmək mümkün olub.

Mövsümün ilk yarısında "Kukesi"də Azərbaycan milli komandasının futbolçusu Rauf Əliyev də forma geyinib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR