Play Store

Quşların sayına görə Avropada 4-cü ÖLKƏYİK

Quşların sayına görə Avropada 4-cü ÖLKƏYİK
06:53 14 Yanvar 2018
127 Digər
Ölkə mətbuatı
A- A+

Son günlər Bakının mərkəzində və şəhərətrafı yerlərdə quşların sayının çoxaldığı müşahidə edilir.

Mütəxəssislərin fikrincə, şəhərdə quşların sayının artması qış mövsümü ilə əlaqədardır. Bəzi ölkələrdə havaların sərt keçməsi səbəbindən köçəri quşlar qışlamaq üçün ölkəmizə üz tuturlar.

Məlumata görə, Azərbaycan köçəri quşların qışlamaq üçün məkan saldığı 4 ölkədən biridir. Belə ki, quşların sayına görə, ölkəmiz Avropada İspaniya, Rusiya və Türkiyədən sonra dördüncü yerdədir.

Köç zamanı Azərbaycana nadir quşlar da gəlir. Göy dimdik adlı quş dünya üzrə təhlükədə olan quş növüdür, qış ayında ona ölkəmizdə rast gəlmək olar. Bundan əlavə qutanlar, flaminqolar kimi Qırmızı Kitaba düşən quşlar da qışlamağa Azərbaycana gəlirlər.



































Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/227620.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR