Play Store

Daha bir jurnalist öldürüldü

Daha bir jurnalist öldürüldü
07:44 14 Yanvar 2018
125 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Meksikanın Tamaulipas ştatında dərc edilən “Diario de Nuevo Laredo” nəşrində çalışan  jurnalist Karlos Dominqes qətlə yetirilib.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, K.Domonqes şəxsi avtomobilini idarə edərkən naməlum şəxslər tərəfindən öldürülüb. İnsident zamanı onun yanında qızının olduğu bildirilir. K.Dominqes siyasi mövzularda köşə yazılarının müəllifi olub.  

 

Baş Prokurorluq araşdırmalara başlayıb.

 

Bir neçə gün əvvəl Meksikanın paytaxtında tanınmış jurnalist Xose Xerardo Martines qətlə yetirilib.

 

Qeyd edək ki, Meksikada 2017 il ərzində 12 jurnalist öldürülüb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/292314

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR