Play Store

Barselona Avropada 5G-yə keçən ilk şəhər olacaq

Barselona Avropada 5G-yə keçən ilk şəhər olacaq
08:28 14 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Barselona şəhərinin rəhbərliyi 5-ci nəsil mobil rabitə şəbəkəsinin qurulmasında maraqlıdır.

Publika.az xəbər verir ki, yaxın aylarda Avropa Komissiyası qitənin bir neçə şəhəri tərəfindən verilən təklifləri araşdıracaq. Barselona meriyasının iqtisadi məsələlər üzrə departament rəhbəri Xerardo Pisareo hesab edir ki, bu şəhər bütün Cənubi Avropanın texnologiya mərkəzi ola biləcək gücdədir.

Barselonanın hər il Ümumdünya Mobil Texnologiyalar Konqresinə ev sahibliyi etməsi 5G texnologiyasının məhz bu şəhərdə ilk test olunmasına şərait yaradır. Konqresin direktoru Karlos Qrau da bu ideyanı dəstəkləyir. (Azərtac)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR