Tramp öz haqqında yazılan "Od və qəzəb" kitabının müəllifini "psixi xəstə" adlandırıb

Tramp öz haqqında yazılan "Od və qəzəb" kitabının müəllifini "psixi xəstə" adlandırıb
10:27 14 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 14 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp "Od və qəzəb: Trampın Ağ evinin daxilində" kitabının müəllifi Maykl Vulfu "psixi xəstə" adlandırıb.
“Report” xəbər verir ki, kitab prezident tərəfindən "Twitter"də xatırladılıb.
Tramp yenidən kütləvi informasiya vasitələrini yalan məlumat yaymaqda ittiham edib.
"Onlar hətta düzgün məlumat çatdırmağa və ya səhv olduğu təqdirdə onu düzəltməyə belə cəhd göstərmirlər. Onlar bilərəkdən yalan yazan və psixi xəstə olan müəllifin kitabını təbliğ edirlər. Aparıcı KİV-lər bizim seçkiləri qazanmağımızdan dəli olurlar", — deyə Tramp bildirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR