Rusiyada qar uçqunu nəticəsində iki nəfər ölüb

Rusiyada qar uçqunu nəticəsində iki nəfər ölüb
10:57 14 Yanvar 2018
101 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 yanvar. REPORT.AZ/ Rusiyanın Xakasiya Respublikasının Orconikidze rayonunda baş vermiş qar uçqunu nəticəsində 2 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə məlumatı bazar günü Fövqəladə Hallar Nazirliyinin Xakasiya üzrə regional idarəsi yayıb.
"Xilasedicilər hadisə yerinə gəlincəyə qədər, turistlər qarın altından ölmüş iki kişinin meyitini aşkar ediblər", - deyə TASS xilasedicilərin sözlərini sitat gətirib.
Qar uçqunu ötən gün baş verib və hadisə yerinə yalnız qar kvadrasiklı ilə getmək mümkün olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR