Play Store

Daşkəsəndə iki avtomobil toqquşdu - Xəsarət alanlar var

Daşkəsən şəhərində 2 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

Metbuat.az xəbər verir ki, "VAZ-2107" və "VAZ-2106" markalı avtomobillərin toqquşması zamanı ikinci maşın zərbənin gücündən yol kənarına aşıb.

Qəza nəticəsində hər iki avtomobilin sürücüsü xəsarət alıb. Bunlar 1989-cu il təvəllüdlü Göygöl rayon sakini İsmayılov Seymur İsa oğlu və 1994-cü il təvəllüdlü Daşkəsən rayon sakini Həsənov İsmət Vasif oğludur.

Hər iki yaralının vəziyyəti normaldır. Həmçinin avtomobillərə ciddi ziyan dəyib.

Hazırda ərazidə DYP əməkdaşları tərəfindən qəzanın dəqiq baş vermə səbəbləri araşdırılır.//Report

Türkiyədə sərnişin təyyarəsi zolaqdan çıxaraq aşdı - VİDEO / FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR