Kürdə biogen maddələrin miqdarı normadan artıqdır - Monitorinq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə yanvar ayında növbəti monitorinq həyata keçirib.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, yanvar ayının I ongünlüyündə Kür çayında suyun sərfi dekabr ayının III ongünlüyünə nisbətən 1 m3/san azalaraq 213 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, GürcüstanErmənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 3, Ağstafaçay və Ağstafaçay su anbarında 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Yanvar ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə, Bəhramtəpədə və I Şahsevəndə 2 dəfə YVQH-ni keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 6.79-7.90 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Sabah gecə saatlarından etibarən başlayacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR