Bərdədə fərdi yaşayış evi yanıb, ata və oğul zərər çəkib

Bərdədə fərdi yaşayış evi yanıb, ata və oğul zərər çəkib
16:57 14 Yanvar 2018
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə. 14 yanvar. REPORT.AZ/ Bərdə rayonunda yanğın hadisəsi baş verib.
"Report"un Qarabağ bürosu xəbər verir ki, Qaradəmirçi kəndində Çingiz Quliyevə məxsus birmərtəbəli fərdi yaşayış evinin mətbəxində başlayan yanğın, qısa zamanda genişlənərək digər iki otağa da keçib.
Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb edilib.
Yanğın zamanı alovu söndürməyə cəhd edən ev sahibinin oğlu Ceyhun Quliyev əlindən yanıq xəsarəti alıb. Çingiz Quliyev isə tüstüdən zəhərlənib. Hər iki şəxs təcili tibbi yardıma müraciət edib.
Yanğının baş vermə səbəbləri araşdırılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR