Play Store

Sumqayıtda hazırlıqdan qayıdan məktəbli qızı maşın vurub

Sumqayıtda hazırlıqdan qayıdan məktəbli qızı maşın vurub
17:47 14 Yanvar 2018
154 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıt. 14 yanvar. REPORT.AZ/ Sumqayıt şəhərində məktəbli qızı maşın vurub.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayonu ərazisində baş verib.
Sumqayıt şəhər sakini, 2001-ci il təvəllüdlü Əhmədzadə Aynur İntiqam qızı hazırlıqdan evə qayıdarkən naməlum avtomobil tərəfindən vurulub. Sumqayıt şəhər 18 nömrəli məktəbin 11-ci sinif sagirdi olan qız qəza zamanı ağır kəllə-beyin travması alıb.
Yaralı qız Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının zədə məntəqəsinə çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sumqayitda-hazirliqdan-qayidan-mektebli-qizi-masin-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR