Play Store

​"Napoleon" tortunun hazırlanma qaydası - RESEPT

"Napoleon" tortu çoxlarının sevimli şirniyyatıdır.

Metbuat.az-ın məlumatına görə, tortun hazırlanma qaydası müxtəlifdir. Biz ən məşhur resepti təqdim edirik:

Lazım olan ərzaqlar:

Xəmir üçün:

2 ədəd yumurta

300 q kərə yağı

6 stəkan un

100-150 ml su

0,5 ç/q duz

4 x/q sirkə

300 ml su

Bişmiş krem üçün:

5 ədəd yumurtanın sarısı

1,5 l süd

3 x/q nişasta

300 q şəkər tozu

250 q kərə yağı

Vanil

Hazırlanmasına gəldikdə kərə yağını unun üzərində sürtgəcdən keçirin. Duz səpib yumurta, su və sirkəni qarışdırın. buraya əlavə edin. Alınan qarışıqdan xəmir yoğurun. Daha sonra hazırlanan xəmiri 1.5-2 saat soyuducuda saxlayın.

Soyuducudan götürdüyünüz xəmiri bir neçə hissəyə bölün. Hər birini 2 mm qalınlıqda yayın. Yaydığınız xəmiri siniyə qoyub bıçaq və ya çəngəllə bir neçə yerindən deşin. Əvvəlcədən 220-250 dərəcə qızdırılmış sobada 5-7 dəqiqə bişirin. Sarı-qızılı rəngə çalanda götürün. Korjlardan hansısa dağıldısa, ondan üstünə səpmək üçün istifadə edə bilərsiniz.

Krem üçün: Südün 1 stəkanını ayırıb kənara, qalanını qazana töküb ocağın üstünə qoyun. Yumurta sarısı, 1 stəkan süd, şəkər tozu, nişasta və vanili kənarda çalın.Daha sonra qarışığı qaynayan südə əlavə edin, bu zaman qarışdırmağa davam edin. Qatılaşana qədər bişirin, krem qaynamamalı, dibi tutmamalıdır. Ocaqdan götürüb qarışığı soyudun. Bişmiş kremi olduğu kimi, bəzən də ona yağ qataraq istifadə edirlər. Bunun üçün kərə yağını ağaranadək çalın. Sonra soyumuş bişmiş kremi tədricən əlavə edərək qarışdırın.

Tortun üstünə səpmək üçün korjlardan bir-ikisini xırdalayın. Korjların arasına krem çəkib üst-üstə yığın. Tortun üzərinə və kənarlarına da krem çəkin. 1-2 saat saxlayın. Bu müddətdə krem korjlara hopacaq və onları yumşaldacaq. Qırıntıları şəkər pudrası ilə qarışdırın. Tortun üzərinə və kənarlarına səpin. Tortun tam hazır olması üçün bir neçə saat saxlamaq lazımdır.

Nuş olsun!

Urfa kababının hazırlanma qaydası -Türk mətbəxi


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR