“Bu cür münaqişələr nə qədər tez aradan götürülsə, dünya birliyi üçün örnək ola bilər” – Aydın Hüseynov

Xəbər verdiyimiz kimi, BMT-nin baş katibi Antoniu Quttereş rəhbəri olduğu təşkilatın 2018-ci il üzrə 12 fəaliyyət istiqamətini açıqlayıb.

Metbuat.az-ın məlumatına görə, BMT Baş katibi Dağlıq Qarabağ münaqişəsinin həllinin əsas prioritetlər sırasında olduğunu vurğulayıb: “Bu vəziyyətlərin normallaşdırılması üçün millətçiliyin təhlükəli dalğasına qarşı durmaq və Şərqi Ukrayna üzrə Normand formatı və üçtərəfli kontakt qrupu, Qarabağ üzrə ATƏT-in Minsk qrupunu, Gürcüstan üzrə Beynəlxalq Cenevrə diskussiyasını və Dnesteryanı üzrə "5+2" prosesi də daxil olmaq müvafiq vasitəçilik işlərinin canlandırılması vacibdir”.

Məsələ ilə bağlı Metbuat.az-a şərh verən millət vəkili Aydın Hüseynov bildirib ki, Kataloniyada baş verən hadisələr fonunda artıq Avropa, dünya ictimaiyyəti, xüsusilə Birləşmiş Millətlər Təşkilatı gördü ki, doğrudan da separatizmə, Dağlıq Qarabağ münaqişəsinə nə qədər ki, biganə yanaşırlar, getdikcə belə hallar Avropada, Amerika qitəsindəki bir çox ölkələrə də keçə bilər və artıq keçməkdədir: “Ona görə də əlbəttə hər hansı bir dövlətin suverenliyinə, onun ərazi bütövlüyünə xələl gətirəcək bu kimi separatizm halları aradan qaldırılmalıdır. Dediyim kimi, artıq Avropa bunu İspaniyada gördü. Bu kimi münaqişələr nə qədər tez aradan götürülsə, dünya birliyi üçün bir örnək ola bilər. Çünki artıq 30 ilə yaxındır ki, 1998-ci ildən indiyə qədər Dağlıq Qarabağ məsələsi uzanır, Azərbaycanın ərazi bütövlüyünə xələl gətirəcək bu kimi hallar digər ölkələrə də keçməkdədir. Bu konteksdən deyə bilərəm ki, biz Dağlıq Qarabağ münaqişəsinin həlli ərazi bütövlüyü çərçivəsində, eləcə də bizim suverenliyimiz çərçivəsində həll olunması istiqamətində prezident İlham Əliyevin uzun müddət apardığı diplomatiyanın, siyasətin nəticələrini görəcəyik”.

“Azərbaycan faktiki olaraq dəmir yolu xətlərinin qovuşduğu yerdir” – Millət vəkili


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI