Azərbaycana turist axını sürətlənir - "Mart ayına qədər otellərdə yerlər bitib"

“Turizmin inkişafı ilə bağlı bu il də əlavə tədbirlər görüləcək”.

Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışındakı çıxışı zamanı bildirib.

Ölkə başçısı əlavə edib ki, 2016-cı ildə ölkəyə xarici turistlərin gəlişi 24% artıb. Keçən il isə əlavə daha 20% artım olub. Ölkəmizə 2,7 milyon xarici vətəndaş gəlib.

“Ölkəmizə gələn turistlər nəinki paytaxta, bölgələrə də üz tuturlar”.

Bunu Metbuat.az-a açıqlaması zamanı Fly.az Turizm Agentliyinin təsisçi və direktoru Rəşad Rəhimli bildirib.

Onun sözlərinə görə, gələn turistlərin təbəqəsinə uyğun olaraq ölkədə 2,3,4 və 5 ulduzlu otellər fəaliyyət göstərir:

“Mart ayına artıq otellərdə yerlər bitib. Nəinki otellərdə, ev, otaq kirayəsi ilə məşğul olan hostellər belə dolub. Ucqar rayonlara getsəniz, görəcəksiniz ki, artıq insanlar evlərdə kirayə qalırlar. Şəhər turistlərin gəlişinə hazırdır. Turizm şirkətləri bununla bağlı işlər görür, çox sayda turlar təşkil edirlər."

Otellərdə qiymətlər...

"Əvvəllər otellərdə qiymət qanunu yox idi. Kim nə qədər istəyir, o qiymətlər qoyulurdu. İndi artıq otellərdə qiymətlər formalaşıb. Müştərin təbəqəsinə uyğun olaraq, hər cür qiymətlər təklif olunur. Qiymətlər təbii ki, otelin ulduz sayına görə dəyişir. Evdə qalan turistlər olur, həmçinin hostel və otellərdə də. Hətta VİP qonaqlar üçün lyuks şəraitli villalar da verilir."

Ən çox ərəb ölkələrindən turistlər gəlir

"Ən çox yaxın ölkələrdən turistlər gəlir. Viza məsələsi ilə bağlı Ərəb ölkələrindən gələn turistlər çoxluq təşkil edir. Lakin dünyanın hər bir yerindən ölkəmizə turistlər gəlir. Elementar, işlə bağlı ölkəmizə çox sayda insan gəlir. Bu, ölkədə turizmlə bağlı görülən işlərin nəticəsidir. Biz, bununla bağlı Azərbaycanda bir neçə böyük tədbirlər həyata keçirdik. Həmçinin, xaricdə ölkəmizin təbliğatı aparılır”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Ən fəal deputatlar müəyyən olundu – OXUMAQ ÜÇÜN TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR