Play Store

Ermənistanın hakim partiyasının prezidentliyə namizədinin adı - Açıqlandı

Ermənistanın hakim partiyasının prezidentliyə namizədinin adı açıqlanıb.

Metbuat.az xəbər verir ki, yanvarın 19-da ölkə prezidenti Serj Sarqsyan hakim Respublikaçılar Partiyasının prezidentliyə namizədinin Armen Sarqsyanın olacağını bildirib.

Qeyd edək ki, A.Sarqsyan 1953-cü ildə Yerevanda anadan olub. Yerevan Dlvət Universitetinin Fizika-riyyaziyyat fakültəsini bitirib. A.Sarqsyan 1996-cı ilin dekabrından 1997-ci ilin fevralınadək Ermənistanın baş naziri olub. Ölkəsinin Belçika, Niderland, LüksemburqVatikanda səfiri, 1995-1996-cı illərdə isə Ermənistanın Avropa İttifaqındakı daimi nümayəndəsi vəzifəsində işləyib.

2013-cü ildən ölkəsinin Böyük Britaniyadakı səfiridir.

64 yaşlı A.Sarqsyanın TürkmənistanÖzbəkistanda biznesi var. Onun Yaxın Şərqdə və Britaniyada yaxşı çevrəsinin olduğu barədə məlumat yayılıb. Xaricdəki erməni lobbisinin də onun prezidentliyə namizədliyini dəstəklədiyi bildirilib.

Avropa, Rusiya, Çin, Monqolustan, HindistanQazaxıstanda energetika sahəsində fəaliyyət göstərən 15 şirkətdən ibarət “Knightsbridge Group” Holdinqin sahibidir. //Report

Sürücülərin DİQQƏTİNƏ: - Sabah bu yollar bağlı olacaq - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR