Türkiyə Afrin əməliyyatını mütləq həyata keçirəcək - Nürəttin Canikli

Türkiyə Afrin əməliyyatını mütləq həyata keçirəcək”.

Metbuat.az-ın məlumatına görə, müdafiə naziri Nürəttin Canikli mediaya müsahibəsində bildirib ki, əməliyyatın başlaması və uğurla davam etdirilməsi üçün son addımlar atılır. Onun sözlərinə görə, Suriyanın şimal əraziləri terror qruplaşmalarından tamamilə təmizlənəcək.

ABŞ-ın Afrin əməliyyatları barədə bəyanatlarına da münasibət bildirən Canikli qeyd edib ki, Vaşinqtondan gələn açıqlamalar boş və əsassızdır.

Qeyd edək ki, Dövlət Departamenti Türkiyəni Afrin əməliyyatlarından daşınmağa, diqqəti İŞİD-lə mübarizəyə yönəltməyə çağırmışdı.

Sübhan / METBUAT.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR