Kamran Ağayev: "Qurban Qurbanovun sözlərinin mənə nə dəxli var?"

Kamran Ağayev: "Qurban Qurbanovun sözlərinin mənə nə dəxli var?"
21:13 19 Yanvar 2018
145 İdman
Ölkə mətbuatı
A- A+

“Keşlə” ilə bu mövsüm müqavilə imzalayan qapıçı Kamran Ağayev "Zirə" ilə keçirilən yoxlama görüşündən sonra jurnalistlərə müsahibə verib.

Publika.az milli komandamızın üzvünün müsahibəsindən maraqlı məqamları təqdim edir.

- Oyunda çox aqressiv görünürdünüz...

- Məşqçi nə tapşırıq verirsə, o cür addım atırıq. Bundan öncəki yoxlama matçında fərqli tapşırıq vermişdi. Bu görüşdə isə başqa taktika ilə oynadıq. Əlbəttə, hər bir idmançı qələbə arzu edir. İnsanda istər-istəməz bu hiss var. Adi öz aramızda futbol oynayanda da qələbəni arzu edirsən, aqressiv olursan. Təbii haldır.

- “Keşlə”də daha öncə də çıxış etmisən. Həmin komanda ilə indikinin müqayisəsində fərqli məqamlar ortaya çıxır?

- Fərq hər zaman olur. Qalxmaq və düşmək olar. Hələ ki, nəsə danışmaq tezdir.

- Milli komandamızın toplanışı olacaq. Dəvət alacağını gözləyirsənmi?

- Milli komanda ilə bağlı heç nə danışmaq istəmirəm. Çünki yığma komanda hamımızındır və qapısı üzümüzə açıqdır. Futbolu bilənlərə qapı açıq olur. Dəvət alsaq, gedəcəyik, almasaq, getməyəcəyik.

- Qurban Qurbanov bildirib ki, futbol biliklərindən daha vacib olan futbolçuların xarakterləridir...

- İndi bu nə deməkdir? Sözü mənə aid edirsiniz? Bunun mənə nə aidiyyatı var axı?

- Kamran, ölkənin əsas qolkiperi olsan da, haqqında çox söz-söhbətlər dolaşıb...

- Konkret nədirsə, onu da deyin. Mən də oxumuşam. Qurban Qurbanovun müsahibəsini Çexiyada oxumuşdum. Sualı ona belə ünvanlamışdılar ki, siz bunu Kamran Ağayevə aid edirsiniz? İçki içmirəm, siqaret çəkmirəm. Başqa nə istəyə bilərsiniz?

- Söhbət içki və siqaretdən getmir. İntizamsız futbolçular çoxdur...

- Mənim nə intizamsız hərəkətim olub?

- Söhbət təkcə Kamran Ağayevdən getmir...

- Qurban Qurbanovun müsahibəsində konkret olaraq mənim adımı çəkiblər. Siz də həmin sualı mənə gətirirsiniz. Konkret danışaq. Bilirsiniz, bu hamımızın millisidir. Çağırsalar, oynayacağıq. Dəvət gəlməsə, kənarda duracağıq. Üzüləsi nə var? Azarkeş yenə dəstək göstərəcək. Necə ki, futbolda bizi alqışlayırlar, biz də güləşdə və digər idman növlərində idmançılara dəstək göstəririk. İndi də qıraqdan biz futbolçularımıza dəstək göstərəcəyik. Üzüləsi heç nə yoxdur. Milli hamınındır, tək bir mənim və başqasının deyil. Çalışmaq lazımdır, peşəkarlıq lazımdır. Bir də qaydalara əməl etmək. İndi mən bilmirəm ki, siz hansı intizamsızlıqdan danışırsınız.

Həyatda olduğu kimi, meydanda da hadisələr olur. Zədələrdən qorunmaq lazımdır. Bir futbolçunun zədələnməsi intizamsızlıq deyil. Qırmızı vərəqə alanda kiməsə yumruq atıb qovulmaq başqa şeydir. Biri də var, vaxt uzadırsan, komandanın qələbəsi üçün çalışırsan və cəzalanırsan. Bunlar fərqli anlayışlardır.

- “Mlada”ya gedişini səhv addım kimi qiymətləndirmirsən?

- Səhv addım deyil. Artıq çəki ilə getmişdim. Formaya sonradan düşə bildim. Baş məşqçi də açıqlamışdı. Yenidən zədələndim. Azərbaycan futbolu deyil ki, üstündən keçsinlər. Ora Avropadır.

Zümrüd

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR