Play Store

"Votsap"dan daha bir YENİLİK - Yeni MESSENCER gəlir

"Votsap"dan daha bir YENİLİK - Yeni MESSENCER gəlir
21:43 19 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Şirkət biznes təşkilatlarının işlərini asanlaşdıracaq yeni messencerini istifadəyə verib.

Publika.az xəbər verir ki, bu barədə şirkət özünün rəsmi saytında məlumat yerləşdirib. Məlumata görə, yeni istifadəyə verilən "WhatsApp Business" messencerində biznes profilinin yaradılması funksiyası qeyd olunub.

Biznes şirkətlərin profillərindən istifadə edən müştərilər bununla şirkət, elektron poçt, internet səhifəsi və ya fiziki ünvan haqqında dolğun məlumat əldə edə biləcəklər. Bu messencerin digərlərindən fərqli, sistemdə açılacaq hesabların şəxs olaraq deyil, "biznes hesabı" kimi qeyd edilməsidir.

"WhatsApp Business" əlavəsində, şirkətlə bağlı statistika təqdim olunacaq. Məsələn, akkaunt istifadəçisi müxtəlif ünsiyyət üsullarının məhsuldarlığının qiymətləndirilməsi üçün oxunan məlumatların sayı haqqında informasiya ilə tanış ola biləcək.

Hazırda messencer İtaliya, İngiltərə, ABŞ və İndoneziyada yüklənilən "Android" əməliyyat sistemlərində aktiv edilib. Yaxın aylarda yeni messencerin başqa ölkələrdə də istifadəsi aktivləşdiriləcək.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/228333.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR