Sülh Platforması 20 Yanvar faciəsi ilə bağlı bəyanat verib

Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması 20-də faciəsi ilə bağlı bəyanat verib.

Sülh Platformasının mətbuat xidmətindən verilən məlumata görə, Sülh Platforması yüzlərlə dinc sakinin həlak olması ilə nəticələnən 1990-cı il yanvarın 20-də baş verən qanlı hadisələrin ildönümü münasibətilə Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib:

"Azərbaycan xalqı ilə birlikdə dərindən sarsılırıq və vətənimizin qəhrəman övladlarının əziz xatirəsinə hörmət və ehtiram əlaməti olaraq qarşılarında baş əyirik. Azərbaycanın əhalisinə qarşı keçmiş sovet dövlətinin hərb maşınının törətdiyi qanlı təcavüz, insanlıq və bəşəriyyətə qarşı ən ağır cinayətlərdən biridir. Bu gün əbədi olaraq böyük bir faciə kimi nəsillərin yaddaşında qalacaq. Belə faciələr əsla başqa yerdə təkrarlanmamalıdır!" //APA

Bakı metrosunda 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib -FOTOLAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR