Play Store

Qanunsuz ov edən 4 nəfər saxlanılıb - DİN

Polis orqanları tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması, həmçinin qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Şəki və Ağsu rayonlarında keçirilən belə tədbirlər zamanı4 nəfər saxlanılıb, onlardan 2 ədəd ov silahı götürülüb.

Şəki rayonunun Çeşməli kəndinin ərazisindəki “Qarasu” adlanan meşə zolağında qanunsuz ov edən Laçın rayon sakini Elman Rəhimov, Kəlbəcər rayon sakinləri Səfər Salmanov və qardaşı Coşqun polis əməkdaşları tərəfindən saxlanılıblar. C.Salmanovdan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi götürülüb.

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini Saməddin Kazımov Ülgüc kəndi ərazisində qanunsuz ov etdiyi üçün saxlanılıb. Ondan müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi götürülüb.

Saatlı RPŞ-nin əməkdaşları Dədə Qorqud kənd sakini Ramin Hacıyevdən “İJ-16” markalı ov tüfəngi və 11 ədəd patron, Sabirabad RPŞ-nin əməkdaşları rayon sakinləri Sabir Lətifovdan və Namus Niftiyevdən müvafiq sənədləri olmayan “TULA” və “İJ-58” markalı ov tüfəngləri götürülüb.

Zərdab rayonunun Çallı kənd sakini Eyvaz Osmanov müvafiq sənədləri olmayan “İJ-17” markalı ov tüfəngini könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR