OPEC+ anlaşmasına ötən il 107% əməl olunub

OPEC+ anlaşmasına ötən il 107% əməl olunub
13:32 22 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 22 yanvar. REPORT.AZ/ OPEC+ ölkələri 2017-ci ildə öhdəliklərinə 107% əməl edib. 
"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Omanda keçirilən OPEC+ nazirlər komitəsinin monitorinq iclasında bildirilib.
Açıqlamada həmçinin qeyd olunub ki, dekabr ayında OPEC+ anlaşmasına rekord səviyyədə - 129% əməl olunub. Rusiyanın energetika naziri Aleksandr Novak ölkəsinin anlaşmaya 100%-dən bir qədər artıq əməl etdiyini bildirib. Nazir həmçinin anlaşmanın dayandırılması durumunda Rusiyanın hasilatı tədricən artıra biləcəyini vurğulayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR