Play Store

Ət qutabının hazırlanması - MİLLİ MƏTBƏX

Azərbaycan milli mətbəxinin ən dadlı yeməklərindən biri qutabdır.

Metbuat.az bu dəfə ət qutabının hazırlanma qaydasını təqdim edir:

Lazım olan ərzaqlar:

Xəmir üçün:
1 stəkan un
1 ç/q duz
2 x/q zeytun yağı
Aldığı qədər su

İçlik üçün:
Qoyun əti 200 qr
1 ədəd soğan
Duz, istiot

Hazırlanmasına gəldikdə un, yağ, duz və sudan xəmir yoğurun. İçlik üçün qiyməyə duz və istiot əlavə edib qarışdırın. Xəmirdən kündələr ayırıb oxlovnan yayın. Bir tərəfinə qiyməni nazik şəkildə yayın və bükün. Qıraqlarını çəngəllə möhkəm basın. Tavaya yağ əlavə edib qızdırın. Hazırladığınız qutabı yağda qızardın.

Nuş olsun!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR