Play Store

AŞPA Alt Komitəsinin sədri: "Güman ki, Qarabağ münaqişəsi ətrafında danışıqlara apreldə yenidən başlayacağıq"

AŞPA Alt Komitəsinin sədri: "Güman ki, Qarabağ münaqişəsi ətrafında danışıqlara apreldə yenidən başlayacağıq"
09:27 24 Yanvar 2018
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Strasburq. 24 yanvar. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Alt Komitəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan müzakirələrdə fasilə yaranmasının səbəbi açıqlanıb.
Bununla bağlı AŞPA-nın Avropa Şurası ölkələri arasında münaqişələr üzrə Alt Komitəsinin sədri Stefan Şennak "Report"un Qərbi Avropa bürosuna açıqlama verib.
"Avropa Şurası Parlament Assambleyasının Alt Komitəsi çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan müzakirələrdə hələlik fasilə yaranıb. Yaxın aylarda Dağlıq Qarabağ münaqişəsi gündəlikdə deyil. Buna səbəb Alt Komitənin Dnestryanı münaqişəsi ilə sıx və fəal şəkildə məşğul olmasıdır. Dnestryanı münaqişəsi ətrafında intensiv müzakirələr 3 ildir aparılır və bu münaqişənin həlli istiqamətində uğurlarımız var. Məqsədimiz işimizi axıra çatdırmaqdır. Hələlik digər münaqişələr gündəlikdə deyil. Lakin, çox güman ki, aprel ayında Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqlara yenidən başlayacağıq" - S.Şennak bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/aspa-alt-komitesinin-sedri-guman-ki-qarabag-munaqisesi-etrafinda-danisiqlara-aprelde-yeniden-baslayacagiq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR