Play Store

Azərbaycandakı tolerantlıq modelini qəbul etməyən dövlətlər, qüvvələr var - Dövlət Komitəsi

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətində "Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları" mövzusunda seminar-müşavirə keçirilib.

Məlumata görə, DQİDK-nin sədr müavini Səyavuş Heydərov bildirib ki, müəyyən güc mərkəzləri maraqlarını təmin etmək üçün din amilindən istifadə etməyə və islam dinini radikalizmlə eyniləşdirməyə çalışırlar.

Sədr müavini bildirib ki, Azərbaycanda tolerantlıq modeli mövcuddur, ancaq bunu qəbul etməyən dövlətlər, qüvvələr var: "Onlar kənar dini ideologiyaları Azərbaycana gətirmək istəyir, buna səy göstərirlər. İlk növbədə preventiv tədbirlərə, maarifləndirməyə üstünlük verilməlidir ki, uşaqlar, gənclər dini ekstremist ideologiyaların təsiri altına düşməsinlər".

S.Heydərov vurğulayıb ki, bu kimi hallara qarşı aktiv mübarizə aparmalıyıq: "Radikal dini ideologiyaların Əfqanıstana, Orta Asiyaya, Şimali Qafqaza köçürülməsi cəhdləri var. Bunun üçün isə yol kimi Azərbaycanı görürlər".

Komitə sədrinin müavini bildirib ki, radikal dini qruplar sosial şəbəkələrdən, maddi həvəsləndirmə üsullarından istifadə edərək uşaqlarımızı, gənclərimizi "zəhərləməyə" çalışırlar: "Sosial şəbəkələrdə belə zərərli təhdidlər günün 24 saatı ərzində mövcuddur. Sonrakı mərhələdə isə onlara zərərli dini ədəbiyyatlar verilir. Əgər bir ailədə bir övlad əvvəlki dostları, əhatə dairəsi ilə əlaqəsini kəsirsə, deməli, artıq zərərli təsirə düşməkdədir. Bu halda ailə övladının bu zərərli təsirdən uzaqlaşdırılması üçün addım atmalıdır. Ailə əgər övladını onlardan uzaqlaşdıra bilmirsə, hüquq-mühafizə orqanlarına müraciət etməlidir".

Baş Prokurorluğun nümayəndəsi Rauf Məmmədov bildirib ki, 2012-ci illərdən başlayaraq müəyyən radikal qrupların təsirinə düşən bəzi gənclər Pakistan, Suriya və İraqda radikal qruplara, terrorçulara qoşularaq döyüşlərdə iştirak ediblər.

O qeyd edib ki, bununla bağlı Cinayət Məcəlləsinə müvafiq maddələr əlavə edilib.//Trend

Bahalı avtomobil qaçırdı - Qısa zamanda ələ keçdi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR