Sulu xəngəlin hazırlanması - MİLLİ MƏTBƏX

Qış aylarında xanımların ən çox bişirdiyi yeməklər arasında sulu yeməklər üstünlük təşkil edir.

Metbuat.az Azərbaycan milli mətbəxinin dadlı təamlarından sulu xəngəlin hazırlanma qaydasını təqdim edir.

Lazım olan ərzaqlar:

Xəmir üçün

Un

1 ədəd yumurta

Su

Duz

Şorba üçün

500 qr xırda hissələrə bölünmüş qoyun əti

2 ədəd baş soğan

Noxud

Duz, istiot

1 ç/q tomat pastası

Sirkə, sarımsaq

Hazırlanmasına gəldikdə xəngəlin xəmiri düşbərə xəmiri kimi hazırlanır və eləcə də kəsilir. Kəsilmiş xəmir taxtanın üstünə yığılır və qurudulur. Doğranmış xəngəli dərhal bişirmək olar.

Əgər istəsəniz, yaxşıca qurudub sonraya da saxlaya bilərsiniz. Noxud axşamdan soyuq suda isladılır və səhər yarımçıq bişirilir. Digər ərzaqlar da əlavə edilib bişirilir.

Nuş olsun!

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR