“YAP-ın namizədi xalqın ən inandığı namizəddir” – Millət vəkillərindən açıqlama

Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyası oktyabrda keçiriləcək prezident seçkiləri ilə bağlı namizədini açıqlayıb.

Metbuat.az-ın məlumatına görə, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında hakim partiyanın prezidentliyə namizədinin dövlət başçısı İlham Əliyev olduğunu açıqlayıb. Əli Əhmədov vurğulayıb ki, İlham Əliyevin cəmiyyətdə yüksək nüfuzu onun qələbəsinə əsas yaradır.

Millət vəkili Elman Nəsirov Metbuat.az-a bildirib ki, Yeni Azərbaycan Partiyası bu işlərlə bağlı təşkilati və təbliğat işlərinə müvafiq zamanda start verəcək və bununla bağlı müəyyən işlər artıq görülməkdədir: “Qeyd edim ki, Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük partiyasıdır, 700 mindən artıq üzvü var. YAP-ın gücü həm də ondadır ki, bu partiyada bütün kateqoriyadan insanlar təmsil olunurlar. Partiyada xüsusilə də gənclərin say tərkibi kifayət qədər böyükdür və gənclərin böyük axını var. Ulu öndərin yaratdığı bu partiya ümumxalq partiyasına çevrilib. Bu nöqteyi-nəzərdən partiyanın yeganə, alternativsiz namizədi prezident İlham Əliyevdir. Qarşıdakı seçkilərdə də cənab prezidentin qalib gələcəyinə birmənalı şəkildə inanırıq. Çünki onun bütün ideyaları, bütün təşəbbüsləri xalq tərəfindən hər zaman ruh yüksəkliyi ilə qarşılanıb və dəstək alıb. Eyni zamanda, müxtəlif beynəlxalq və yerli qurumların keçirdiyi sorğular da göstərir ki, hətta bir həftə sonra prezident seçkiləri keçirilsə belə, xalqımızın mütləq əksəriyyəti cənab prezident İlham Əliyevin lehinə səs verəcək. Artıq bu prosesdə müəyyən addımlar atılmağa başlayıb”.

Millət vəkili Elman Məmmədov bildirib ki, bizim partiyamızızın lideri, cənab prezident bu il də prezidentliyə namizədimizdir: “Inanıram ki, ümumxalq səsverməsi ilə yekdil səslə cənab prezidentimiz seçiləcək. Çünki dövlət başçımız prezidentlik dövründə, 2003-cü ildən bugünədək gördüyü işlərlə, apardığı uğurlu siyasətlə liderlik qazanıb. Cənab prezident özü də demişdi ki, bizim siyasətimiz elə bizim işimizdir. Dövlət başçımız İlham Əliyev Azərbaycan prezidentidir və prezidenti də olacaq”.

Milləv təkili Azər Badamov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev elə xalqın ən inandığı namizəddir: “Çünki ölkə başçımız 2003-cü ildən bu yana Azərbaycanı ancaq tərəqqiyə doğru aparıb. Cənab prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın beynəlxalq nüfuzu artıb, keçdiyi böyük inkişaf yolu bir çox ölkənin yüz illərlə keçə bilmədiyi yol olub. Ölkə başçısının rəhbərliyi altında 2014-cü ildən həyata keçirilən “Regionların iqtisadi inkişafı Dövlət Proqramı” mərhələli şəkildə, yüksək səviyyədə icra olunur. Məhz bunun nəticəsidir ki, Azərbaycanda iqtisadi artım 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, qeyri-neft ixracımız 4,1 dəfə artıb. Yoxsulluq səviyyəsi 14 il ərzində 50%-dən 5,4 %-ə düşüb. Bu gün böyük, qlobal əhəmiyyətli layihələr, sosial, iqtisadi islahatalar həyata keçirilir. Bütün bu görülən işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Düşünürəm ki, cənab İlham Əliyevin qarşıdakı seçkilərdə heç bir təbliğata ehtiyacı yoxdur, çünki bu gün hamı tərəfindən sevilən dövlət başçısıdır. Rəy sorğusu da aparılanda, demək olar ki, dünyada ən çox müsbət rəy verilən prezidentlərdən biridir. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın gələcəyi çox işıqlı olacaq”.

Millət vəkili Sahib Alıyev bildirib ki, prezident İlham Əliyev əslində təkcə Yeni Azərbaycan Partiyasının deyil, demək olar ki, dünyadakı prosesləri görüb dərk edən, ölkəmizin bu günə necə, hansı zəhmətlər hesabına gəlib çatdığını bilən, müstəqilliyimizlə qürur duyan, vətənini, dövlətini, xalqını sevən hər bir azərbaycanlının seçimidir.

Günay Elşadqızı / METBUAT.AZ

“Azərbaycan beynəlxalq birlik tərəfindən yüksək qiymətləndirilir” – Aydın Hüseynov

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI