Play Store

Misir hökuməti yeni paytaxta köçürüləcək

Misir prezidentinin administrasiyası və hökuməti ölkənin tikilməkdə olan inzibati paytaxtına köçürüləcək.

Metbuat.az xəbər verir ki, Misirin MENA informasiya agentliyinin yaydığı məlumata əsasən, bunu layihənin rəhbəri Əhməd Zəki Abdin jurnalistlərə bildirib. Onun sözlərinə görə, hökumət rayonunun salınması planlaşdırılan ərazidə tikinti işləri artıq başlayıb. Hökumət müəssisələri yeni administativ paytaxta 18 ay müddətində köçürüləcək. Bu, ilk növbədə prezident dəftərxanasına, Nazirlər Kabinetinə, parlamentə aiddir.

Hökumət məhəlləsinin tikintisinə 35 milyard Misir funtu (iki milyard ABŞ dollarına yaxın) vəsait qoyulması planlaşdırılır. Eyni zamanda, yeni paytaxta gələn əməkdaşlar üçün yaşayış məhəllələri salınacaq və onlar burada güzəştli şərtlərlə mənzil ala biləcəklər.

Yeni inzibati paytaxt Qahirədən 45 kilometr şərqdə səhrada salınacaq. Bu, əhalisi 20 milyon nəfər olan meqapolisin yükünün azaldılması ilə bağlıdır. Nazirlik və idarələrin, parlamentin, prezident administrasiyasının, ali təhsil müəssisələrinin, diplomatik nümayəndəliklərin yerləşəcəyi yeni paytaxtın ərazisi 700 kvadratkilometr təşkil edəcək. Burada yeddi milyon insanın məskunlaşacağı gözlənilir. Layihənin birinci növbəsinin dəyəri 45 milyard dollardır və hökumətin ilkin planına əsasən, bu mərhələ 2020-ci ilədək reallaşmalıdır.

Bir müddət əvvəl Çinin China State Construction Engineering Corporation dövlət mühəndis-tikinti korporasiyası ölkənin yeni inzibati paytaxtında infrastruktur obyektlərinin tikintisi üçün Misir hökuməti ilə 2,7 milyard dollarlıq saziş imzalayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR