Play Store

DİQQƏT: Bir məktub yazmaqla 5000 manat qazana bilərsiniz - FOTO

Türkiyə Cümhuriyyəti, Bursa şəhər Osmanqazi Bələdiyyəsi tərəfindən hər il həyata keçirilən Ahmed Hamdi Tanpinar adına yarışması start götürüb.

Metbuat.az yarışmanın Azərbaycan koordinatorluğundan verilən məlumata görə, bu il müsabiqəyə əsərlər məktub janrında qəbul olunacaq.

Yarışmada iştirak şərtlərini təqdim edirik:

1. Göndərilən əsərlər məktub janrında olmalı, yazıçı A.H.Tanpınara ünvanlanmalıdır.

2. Əsərlər Türkiyə türkcəsiylə yazılmalı, mətnin həcmi məktub janrına uyğun olmalıdır.

3. Əsərlər “Tanpınara məktub” mövzusunda yazılmalıdır.

4. Müsabiqəyə göndərilən əsərlər daha öncə heç bir mətbuat orqanında dərc olunmamalıdır (belə hal aşkarlanarsa, əsər yarışmadan kənarlaşdırılacaq).

5. Bir müəllif yalnız bir əsər göndərə bilər.

6. Hər yaş katoqoriyalarından olan yazarlar qoşula bilər.

Qeyd edək ki, əsərlər müəlliflərin öz adları ilə deyil, ləqəbləri ilə təqdim olunmalıdır (tərcümeyi - hal ayrıca faylda göndərilməlidir).

Nəticələr may ayında elan ediləcək, mükafatlar sahiblərinə 5 May 2018-ci ildə Bursa şəhərində keçiriləcək mərasimdə təqdim olunacaq.

Göndərilən əsərlər komissiya tərəfindən seçilərək, Osmanqazi bələdiyyəsi tərəfindən kitab şəklində nəşr olunacaq.

Yarışmada I yerin sahibinə 5000, II yerin sahibinə 3750, III yerin sahibinə 2500 manat pul mükafatı veriləcək.

Əlavə iki müəllifə həvəsləndirici mükafat olaraq 1250 manat veriləcək.

Yarışmaya son qatılım tarixi: 28 mart 2018-ci il

Əsərlər tanpinar-azerbaycan@inbox.ru -ünvanında qəbul olunur.

P.S. A.H. Tanpınar ədəbiyyat müsabiqəsində daha öncə qalib olan müəlliflər bu yarışmada bir daha iştirak edə bilməzlər.

İNANILMAZ: Bu avtomobil özü-özünü park edir - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR