Play Store

Alman modelyer yeni kolleksiyasını Azərbaycana həsr edib

Alman modelyer yeni kolleksiyasını Azərbaycana həsr edib
00:32 6 Fevral 2018
Ölkə mətbuatı
A- A+

London. 6 yanvar. REPORT.AZ/ Almaniyalı modelyer Leoni Mergen yeni kolleksiyasını azərbaycanlı sənətkar Arif Əzizin yaradıcılığı əsasında yaradıb.
“Report”un Qərbi Avropa bürosu məlumat verir ki, əvvəllər Qarabağ kolleksiyası ilə tanıdığımız alman modelyer Leoni Mergen özünün yeni kolleksiyasını yenidən Azərbaycana həsr edib.
Leoni Mergenin yeni kolleksiyası bu ilin 17 fevral tarixində Böyük Britaniyanın paytaxtında, moda həftəsi çərçivəsində sərgilənəcək.
Gənc modelyerin Qarabağ regionunun ənənəvi geyimlərindən ilham alaraq yaratdığı kolleksiya artıq Avropanın bir sıra şəhərlərində, habelə London və Berlində nümayiş etdirilib. Atçılığın rəmzi kimi dəri aksessuarları və mürəkkəb ipək elementlərindən geniş istifadə olunan “Qarabağ kolleksiyası” Avropada böyük marağa səbəb olub.


Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/alman-modelyer-yeni-kolleksiyasini-azerbaycana-hesr-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR