Play Store

Azərbaycanda qış turizminin vəziyyəti - Həftə sonu otellərdə yer tapmaq olmur

Bir zamanlar Azərbaycanda mövsümü xarakter daşıyan turizm artıq mövsümlüyü çoxdan geridə qoyub. İndi ölkəmizdə yay turizmi ilə yanaşı qış turizmi də inkişaf edib.

Azərbaycan Turizm Assosiasiyasının (AzTA) idarə heyətinin sədri Nahid Bağırov Metbuat.az-a açıqlamasında bildirib ki, qış turizminə maraq var:

“Həftə sonları Qəbələ, Qusar Şahdağda yer tapmaq çətin olur. Bu turistlərin əksəriyyəti ərəb, Rusiya, Qazaxıstan və Avropa türkləridir. Gələn turistlər arasında ərəblər üstünlük təşkil etsələr də, onlarda xizək sürməyə maraq çox azdır.

Turistlərlə müqayisədə istirahətə gələnlər arasında azərbaycanlılar üstünlük təşkil edir. Xizək turlarını sevən vətəndaşlarımız əvvəllər bunun üçün xaricə yolanırdılar. Amma artıq Azərbaycanda yaradılan şərait nəticəsində əhalinin xaricə getməyə ehtiyacı yoxdur”.

Fly.az Turizm Agentliyinin təsisçi və direktoru Rəşad Rəhimli Metbuat.az-a açıqlamasında qış turizminin hazırki vəziyyətindən danışıb:

“Qış turizminin vəziyyəti hazırda yaxşıdır. Belə ki, turizm şirkətləri turlar hazırlayır, müştərilər də ondan faydalanırlar. Bu aylarda adətən erkən rezervlər başlayır. Müştərilər yay tətili üçün təklif olunan paketləri indidən alırlar. İnsanlar standart yay turizimindən bezdikləri üçün şirkətlər hər fəsilə uyğun turlar hazırlayır. Biz də Fly.az komandası müştərilərimizə daim fərqli turlar təklif edirik. Məsələn, yeni #FlyExtreme və #Skydiving turlarımız var. Hazırda “Aerograd Kompleksi” ilə müqavilə bağlayan ilk Azərbaycan şirkətiyik. “Buludlara toxun” adlı ilk turumuz artıq hazırdır. Tur Bakıdan qrup şəklində AFF lisenziyalı Fuad Tağıyevin rəhbərliyi altında həyata keçiriləcək.

Turizm şirkətinin əsas üstünlüyü müştəriyə fərqli tur paketləri təklif etmək imkanıdır. Məsələn, müştəriyə pilotla birlikdə təyyarə sürə bilmək imkanı yaratmaq, uçuş zamanı pilot kabinasında qonaq olmaq, köməkçi pilotun yerində oturmaq və s. Bunlar fərqli olmaqla yanaşı yeni turlardır. Müştərilərə məhz belə turlar təklif etmək lazımdır. Yuxarıda qeyd etdiyimiz komplekslə artıq müqaviləmiz var. Yaxın günlərdə bu cür fərqli turlar hazırlamaq üçün əməkdaşlıq edəcəyik”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Saxtakarlıq edən saytlarla bağlı - Yeni təkliflər veriləcək / MƏTBUAT ŞURASI – Oxumaq üçün tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR