Play Store

“Buna səbəb keçmiş biznesmenin siyasətçi imicini yeni-yeni qazanmağa başlaması ola bilər” – Arzu Nağıyev

ABŞ prezidenti Donald Tramp artıq bir ildən çoxdur ki, vəzifəsini icra edir.

Ancaq ABŞ-ın 45-ci prezidenti olan Tramp cəmi bir ilə bir çox qalmaqala imza atıb. Adı tez-tez qalmaqallı qərar və açıqlamalarda halannan Trampın demək olar ki, atdığı hər addım müzakirə olunur. Buna görə bəlkə də ona ABŞ-ın ən qalmaqallı prezidenti demək olar. Bəs, bu qədər qalmaqallı xəbərlərin yayılmasının səbəbi nədir?

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Arzu Nağıyevin sözlərinə görə, əsas səbəb Donald Trampın peşəkar siyasətçi olmamasıdır: “O, bütün problemləri məhz biznes üzərindən qurmağa çalışır. Trampın son bir ildə gördüyü işlərə nəzər salsaq, görərik ki, əsas məqsəd ABŞ-da məhz biznes vasitəsilə siyasətin idarə edilməsidir. İkinicisi, miqrant qüvvələrinin qarşısını almaq, üçüncüsü, miqrant qüvvələrinin qarşısını almaq üçün “Green Card”ı (“Yaşıl Kart”) ləğv etmək, bunun əsasında Amerika biznesində yararlı olan şəxslərin gətirilməsi, xarici siyasətdə də təbii ki, silahlarla və digər məsələlərlə mübarizə və s. Düşünürəm ki, bu artıq öz komandası tərəfindən ona verilən müəyyən məsləhətlərin və digər məsələlərin nəticələnir”.


Politoloqun sözlərinə görə, keçmiş biznesmen siyasətçi imicini yeni-yeni qazanmağa başladığına, ailədə olan söz-söhbətə, komandanın tam formalaşmamasına görə, bir zamanlar məhz şou vasitəsilə, biznes vasitəsilə Rusiya ilə əlaqələri onun tez-tez gündəmə gəlməsinə gətirib çıxarır: “Bir də bu, Demokratlarla və Respublikaçılar arasında gedən mübarizənin bariz nəticəsi ola bilər. Bundan başqa, məlum məsələdir ki, Demokratların nümayəndəsi olan Hillari Klinton və ümumilikdə o komanda çox güclü siyasi qüvvədilər. Onlar hətta adi səhvi də böyük formada ictimaiyyətə çatdırmağa çalışırlar. Bütün bu məsələlər də təbii ki, onun imicinə təsir edir. Burada xüsusi xidmət orqanlarının da rolunu qeyd etmək lazımdır. İstər Federal Təhlükəsizlik Xidməti, istərsə də Mərkəzi Kəşfiyyat İdarəsinin materialları tez-tez ictimaiyyətə sızdırması, müxtəlif komandalarda olması da mühüm əhəmiyyət kəsb edən amillərdəndir”.

- Sizin də dediyiniz kimi, Hillari Klinton ciddi siyasi qüvvədir. Hətta prezident seçkisi ərəfəsində də proqnozlar daha çox H.Klintonun qələbəsi ilə bağlı idi. Ancaq gözlənilmədən Tramp qalib gəldi. Hakimiyyətdə olduğu bir ildə isə adı ancaq almaqalda hallanır. Bu səbəbdən, Trampın növbədi seçkilərdə namizədliyini verərsə, ikinci dəfə prezident olmaq şansı ola bilərmi?

- Amerika Birləşmiş Ştatları çox demokratik dövlətdir. Bildiyiniz kimi, həm Konqres, həm Senat tərəfindən idarə olunur, prezidentlər də 4 ildən bir seçilir. Tramp 53% səslə qələbə qazanıb. O, seçicilərin etimadını qazansa, mühüm addımlar atsa, vacib məsələlərə imza ata bilsə, öz seçicilərinə verdiyi vədləri yerinə yetirə bilsə, yəqin ki, cəmiyyət onu yenidən prezident kimi görmək istəyər. Amma üzərinə götürdüyü problemləri həll edə bilməsə, təbii ki, yenidən prezident seçilə bilməz. ABŞ demokratik qanunlarla idarə edilən bir dövlətdir. Ona görə də yüksək ədliyyə sistemi qurulub. Eyni zamanda prezident elə fiqurdur ki, hətta ştatların qubernatorlarına belə birbaşa təsir mexanizmi yoxdur. Məhz buna görə də düşünürəm ki, onun daxili və xarici siyasətdə əldə etdiyi nailiyyətlərdən asılı olaraq, ikinci müddətə prezident seçilməsi məsələsinə baxıla bilər.

Günay Elşadqızı / METBUAT.AZ

“Türkiyənin özünü müdafiə üçün anti-terror əməliyyatı keçirməkdən başqa bir yolu qalmadı” - Politoloq


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI