“Bu addımlar vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanır” – YAP Siyasi Şurasının üzvlərindən açıqlama

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin sərəncamı ilə aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Metbuat.az-ın məlumatına görə, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - icra katibi Əli Əhmədov bir neçə gün öncə açıqlamasında bildirib ki, Yeni Azərbaycan Partiyasının namizə prezident İlham Əliyevdir: “İlham Əliyevin cəmiyyətdə yüksək nüfuzu onun qələbəsinə əsas yaradır”.

YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Hüseynov Metbuat.az-a açıqlamasında bildirib ki, aprelin 11-də prezident seçkilərinin keçirilməsi qanuna tam uyğundur: “Bildiyiniz kimi, 2016-cı ilin sentyabrında referendum keçirildi, Konstitusiyamızda dəyişiklik edildi, prezidentlik müddəti 7 il müəyyənləşdirildi. Eləcə də vitse-prezidentlik institutu təsis olundu. Bütün atılan addımlar, yəni cənab prezidentin növbədənkənar seçki ilə bağlı verdiyi sərəncam Konstitusiyamıza uyğundur. Digər tərəfdən, bu, Azərbaycanın xalqının ürəyindən olan bir addımdır. Çünki bilirsiz ki, Azərbaycan cəmiyyətində yüksək səviyyəli vətəndaş həmrəyliyi formalaşıb, cəmiyyətimiz inkişaf edib. Azərbaycanın siyasi və iqtisadi nailiyyətləri daha da artıb. Bu cür uğurlara prezident İlham Əliyevin xidmətləri, qətiyyəti, apardığı siyasətin nəticəsində imza atmışıq. Ən böyük uğurumuz, əldə etdiyimiz nəticə Azərbaycandakı stabillikdir, həmrəylikdir, iqtidarla xalq arasındakı qarşılıqlı inamdır”.


Millət vəkili deyir ki, bu gün Azərbaycan cəmiyyətində prezident İlham Əliyevin çox böyük nüfuzu var: “Azərbaycan cəmiyyəti İlham Əliyevin bir prezident olaraq xalqın istəyini ifadə etdiyini şahidi olublar. Dövlət başçımızın eyni zamanda beynəlxalq aləmdə də böyük nüfuzu var. Azərbaycan prezidentinin demokratik prinsiplərə söykənən və ölkənin idarə olunmasını Azərbaycan cəmiyyətinin istəyi və milli maraqları çərçivəsində qurması bu gün vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanır. Bildiyiniz kimi, yaxın günlərdə Yeni Azərbaycan Partiyasının qurultayı keçiriləcək və həmin qurultayda da İlham Əliyevin namizədliyi irəli sürüləcək”.

Əli Əhmədov açıqlamasında bildirib ki, güman edirəm, Yeni Azərbaycan Partiyasının namizədi üçün, Prezident İlham Əliyev üçün uğurlu olmasına, cənab Prezidentin qələbəyə nail olmasına YAP gəncləri öz töhfələrini verə biləcəklər: “YAP gəncləri həmişə olduğu kimi, bu seçkilərdə də fəallıq nümayiş etdirəcəklər. Gənclər seçki kampaniyasının yüksək səviyyədə keçirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklər”.

YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov Metbuat.az-a açıqlamasında qeyd edib ki, 19 mart tarixindən seçki qanunvericiliyinə uyğun olaraq hər bir siyasi partiyanın və yaxud təşəbbüs qruplarının MSK tərəfindən qeydə alınmış namizədlərin təbliğat və təşfiqat kompaniyası başlayır: “Yeni Azərbaycan Partiyasının idarə heyətinin, icra katibliyinin vermiş olduğu qərar, tövsiyə, tapşırıqlar üzərində təbliğat-təşviqat işimizi aparacıyıq. Nəzərdə tutmuşuq ki, xüsusilə sosial media üzərindən bu məsələlərlə məşğul olaq.


Fevralın 8-də YAP-ın qurultayıdır, qurultaydan sonra, tam rəsmi olaraq bu məsələlər qeydiyyata alındıqdan sonra bütün prosedur qaydalarını vaxtında yerinə yetirəcəyik. Bizim yəqin ki, ən böyük fəaliyyətimiz sosial şəbəkələr üzərindən təbliğat-təşviqat aparmaqdır. Çünki bizim namizədimizin təbliğat-təşviqata da ehtiyacı yoxdur. Dövlət başçısının gördüyü işlər, Azərbaycan prezidentinin apardığı daxili və xarici siyasət, həyata keçirilən meqalayihələrin Avropa miqyasında, dünya miqyasında tanınması onun necə böyük insan olduğunu və təbliğata ehtiyacının olmadığı göstərir. Amma təbii ki, dediyim kimi, prosedur qaydaları çərçivəsində tapşırıq və tövsiyələrə uyğun olaraq bu işləri həyata keçirəciyik. Əmin ola bilərsiniz ki, YAP-ın Gənclər Birliyinin üzvləri bu işə tam hazırdır”.

Günay Elşadqızı / METBUAT.AZ

“Bu, Azərbaycan iqtisadiyyatının inkişafına təkan verən amillərdən biridir” – Vahid Əhmədov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI