Azərbaycanlı musiqiçi Parisdə konsert verib

Azərbaycanlı musiqiçi Parisdə konsert verib
07:42 8 Fevral 2018
Ölkə mətbuatı
A- A+

Paris. 8 fevral. REPORT.AZ/ Parisin "Le Duc des Lombards" caz klubunda Azərbaycanın əməkdar artisti Şahin Növrəslinin konserti keçirilib.
"Report"un Qərbi Avropa bürosu məlumat verir ki, konsert amerikalı caz pianoçu, bəstəkar Əhməd Camalın rəhbərliyi altında təşkil olunub.
Azərbaycan muğamının melodiyaları ilə ənənəvi caz ritmlərini əlverişli sintezinə böyük ustalıqla müyəssər olan və beləliklə öz musiqisində iki böyük Qərb və Şərq mədəniyyətini birləşdirən azərbaycanlı musiqiçinin ifası böyük alqışlarla müşayiət edilib. Şahin Növrəsli ifasında Azərbaycan xalq mahnılarına geniş yer ayırıb.
ABŞ və Avropada beynəlxalq festivallarda çıxış edən dünya cazının yeni ulduzlarından biri - Şahin Növrəsli azərbaycanlı musiqiçi Əhməd Camalın dəvəti ilə artıq bir neçə dəfə Parisdə konsert proqramları ilə çıxış edib. O, ötən ilin 14 noyabrında ABŞ-ın dəfələrlə "Grammy" və digər yüksək mükafatlara layiq görülmüş ulduzu, postbop caz musiqi janrının canlı əfsanələrindən olan Əhməd Camal ilə birlikdə Parisin ən möhtəşəm konsert zallarından olan "Le Palais des Congrès" sarayında konsert verib.






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR