Play Store

Bred Pit Los-Ancelesdə qəza keçirib

Bred Pit Los-Ancelesdə qəza keçirib
19:22 8 fev 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 8 fevral. REPORT.AZ/ Amerikalı aktyor Bred Pit Kaliforniya ştatının Los-Anceles şəhərində qəzaya düşüb.
"Report"un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə "Daily Mail" qəzeti xəbər verir.
54-yaşlı aktyorun idarə etdiyi tünd boz rəngli "Tesla" "Nissan" markalı avtomobillə toqquşub. Daha sonra "Nissan" balaca qara rəngli "Kia"ya çırpılıb.
Avtomobillərə dəyən ziyan cüzi olduğundan hər üç sürücü hadisə yerini tərk edib. 

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR